Niyazi Bayramov gəncəlilərin problemlərini yerindəcə həll edir - FOTOLAR
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə sakinləri ilə mütəmadi görüşlər keçirir.
Bu dəfə Gəncə Dövlət Universitetinin 5-ci korpusunda vətəndaşlarla görüşüb.
Açıq hava şəraitində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Səyyar görüşdə iştirak edən şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, fərdi yaşayış evin təmiri, maddi köməklik və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər məsələlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirməklə yanaşı icra başçısından da razılıqlarını ifadə ediblər.
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...