Çimərlik güləşi üzrə millimiz dünya çempionu oldu
Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib.
Bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında mundialda ölkəmizi 4 idmançı təmsil edib.
Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) uğurlu çıxış ediblər. Belə ki, güləşçilərimiz bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
Beləliklə, maksimum nəticəyə imza atan yığmamız 100 xalla komanda hesabında dünya çempionu olub. Moldova 61 xalla ikinci, Fransa isə 48 xalla üçüncü yeri tutub.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...