Səttar Möhbalıyev: “Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır”

21:27 12-10-2022 | icon 793
Səttar Möhbalıyev: “Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır”

“Türkdilli dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi
ölkəmizin xarici siyasətinin strateji xəttini təşkil edir. Dövlətimizin banisi Ulu
Öndər Heydər Əliyev müasir Azərbaycan qurub yaradarkən Türk dövlətləri ilə
əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz onun
müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda
özünün ən yüksək səviyyəsindədir. Eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə
malik olan Türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, əlaqələrin
qurulmasında, bir sözlə, qardaşlaşmasında Heydər Əliyevin xidmətləri
danılmazdır. Hər zaman qardaş ölkələr Ulu Öndərin Türk dünyasındakı rolunu
yüksək qiymətləndirirlər. Qeyd etmək yerinə düşər ki, Azərbaycan ilk gündən
türkdilli dövlətlərin keçirilən bütün Zirvə görüşlərində yaxından iştirak edib,
ölkələr arasında birliyin yaradılmasında əhəmiyyətli təşəbbüslərlə çıxış edib.
Heç də təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə
məhz Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişlə yaradılıb. Türk
Şurasının sıralarının genişlənməsində və təşkilata çevrilməsində dövlətimizin
başçısı cənab İlham Əliyevin təşəbbüsləri mühüm əhəmiyyət kəsb edib”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev deyib.


Onun sözlərinə görə, bu gün Azərbaycanın türk dövlətləri ilə əlaqələri
intensiv şəkildə inkişaf etməkdədir: “Təkcə bu il reallaşan Qırğızıstan və
Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin
Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imazalanan sənədlər və
əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Bu
baxımdan dost və qardaş Qırğız Respublikası ilə Azərbaycan arasında
münasibətləri yüksək dəyərləndirmək olar. Bu il aprelin 20-də Qırğızıstan

Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı imzalanan
“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq
haqqında Bəyannamə” iki ölkə arasında əlaqələrin strateji xarakterini göstərir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin Qırğız Respublikasına səfərini iki
ölkə arasında münasibətlərin inkişafı baxımdan səmərəli hesab edirəm. İnanırıq
ki, burada keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da
dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfələr verəcək, ikitərəfli
münasibətləri yeni mərhələyə daşıyacaq”.
“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılmasını xüsusi olaraq
qeyd etmək istərdim. Fond iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində,
iqtisadiyyatın modernləşdirilməsində mühüm rol oynayacaq, həmçinin
investisiya sahəsində əməkdaşlığın aktivləşməsinə böyük təkan verəcək.
Həmçinin əldə olunan razılaşmalar, imzalanan digər sənədlər bütün sahələrin -
təhsil, mədəniyyət, texnologiya, nəqliyyat və digər sahələrin inkişafı üçün də
səmərəli olacaq. Son zamanlar dünyada baş verən hadisələr zəmnində ölkəmizin
tranzit imkanları daha da genişlənib, Şərqlə Qərb arasında etibarlı nəqliyyat
qovşağına çevrilib. Bu baxımdan Qırğızıstanla əməkdaşlıq ölkələrimiz arasında
ticarət əlaqələrini güclədirə bilər”, - Milli Məclisin deputatı deyib.
S.Möhbalıyev əlavə edib ki, Bişkekdə Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin adını daşıyan 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə
kompleksinin açılması bu dahi şəxsiyyətə olan ali ehtiramın göstəricisidir:
“Heydər Əliyev türk dünyası tarixində müstəsna xidmətləri olan dahi
şəxsiyyətdir və ideyaları hər zaman yaşayacaq. Eyni zamanda onun siyasi irsi
gələcək nəsillər üçün zəngin xəzinə, tükənməz sərvətdir. Bundan başqa,
Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103
saylı məktəbin açılması iki dövlət arasında döstluq münasibətlərini
gücləndirəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq”.


Digər xəbərlər

0.30314087867737