Azərbaycan-Qırğızıstan münasibətləri yeni müstəvidə

17:30 13-10-2022 | icon 854
Azərbaycan-Qırğızıstan münasibətləri yeni müstəvidə

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri iki qardaş dövlət və xalq arasında əlaqələrin inkişafı, münasibətlərin yeni müstəviyə keçməsi baxımından çox önəmlidir. Bu səfərdə imzalanan sənədlər Azərbaycanın bölgədə, xüsusən də türk dövlətlərinin birliyi istiqamətində yürütdüyü fəal siyasətin davamı kimi də qəbul oluna bilər.

Sözügedən səfər daha bir neçə aspektdən önəm kəsb edir: Belə ki, Prezident İlham Əliyevin Praqada keçirilən sammitdə Bolqarıstanın, eyni zamanda Avropa və Asiya arasında enerji koridorlarının təhlükəsizliyi, enerji təchizatı və təminatı kimi strateji əhəmiyyət kəsb edən məsələlərlə bağlı keçirmiş olduğu görüşlər, eyni zamanda uğurlu layihələrin müzakirə olunması Asiya və Avropa arasında xüsusi nəqliyyat koridoru, körpü rolunu oynayan Azərbaycanın bu istiqamətlərdə də ön planda olduğunun bariz nümunəsidir.

Hazırda bu məntiqli siyasətin davamı kimi Qırğızıstanla əlaqələr yenilənir, inkişaf etdirilir. İlham Əliyevin səfəri çərçivəsində hər iki ölkənin başçısının iştirakı ilə Azərbaycan və Qırğızıstan arasında birinci Dövlətlərarası Şuranın iclasının keçirilməsi münasibətlərin inkişafında yeni və daha güclü təməllərin əsasının qoyulması deməkdir. Bununla yanşı imzalanan sənədlər əhəmiyyətinə görə çox ciddi məqamları əhatə edir.

       Xüsusilə nəqliyyat-tranzit sahəsində də hər iki tərəfin planlaşdırdığı çalışmalar var. Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlamaq əmtəə dövriyyəsinin artmasıyla nəticələnəcək məqamdır. Qırğızıstan üçün Azərbaycan və Gürcüstandan keçərək Qara dənizə çıxışı  böyük əhəmiyyət kəsb edir.

Qəbul edilən qərarlar geniş spektri - mədəni-humanitar əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalarla bağlı sahələri də əhatə edir.

 Nəticə isə budur ki, Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşır, strateji tərəfdaşlığın tamamilə yeni mərhələsinə qədəm qoyulur.

Vüqar Mirzəyev,
Cəlilabad rayon İcra Hakimiyyətinin əməkdaşı


Digər xəbərlər

0.23850512504578