Strateji tərəfdaşlıq haqqında Bəyannamə daha konkret məzmunla zənginləşdiriləcək

17:26 13-10-2022 | icon 1168
Strateji tərəfdaşlıq haqqında Bəyannamə daha konkret məzmunla zənginləşdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Noyabr ayının 11-də Özbəkistanın tarixi şəhəri Səmərqənddə Türk Dövlətləri Təşkilatının növbəti zirvə görüşü astanasında Azərbaycan Prezidentinin Qırğızıstana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir: Nəzərə almaq lazımdır ki, bu, Prezident İlham Əliyevin Praqa səfərindən qısa müddət sonra Asiyanın önəmli dövlətlərindən biri olan, eyni zamanda Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olan Qırğızıstanda baş tutdu. Azərbaycanla Qırğızıstan arasındakı ikitərəfli sıx diplomatik əlaqələr bu günə qədər uğurla davam etdirilməkdədir. Maraqlı digər bir məqam isə ondan ibarətdir ki, qardaş Türkiyə ilə strateji əməkdaşlıq haqqında Şuşa Bəyannaməsini imzalandığı kimi, strateji münasibətlərin gücləndirilməsi ilə bağlı da Azərbaycanla Qırğızıstan arasında məlum saziş mövcuddur. Bu sazişə uyğun olaraq ilk dəfə dövlət başçısının 11-12 oktyabr tarixlərində Qırğızıstana baş tutan səfəri çərçivəsində hökumətlərarası Şuranın iclası keçirilmişdir”.

Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib ki,  biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində Avropa istehlakçılarına qədər dəmir yolu, avtomobil və hava yolu üzrə geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışa malik olmayaraq, Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsini yaradıb.

        Biz Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu planlar əvvəldən mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin bu gün bəzi günlərdə limanda hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirildi – 9 ay ərzində 60 faiz artım. Bu, yüklərin nəqlində əhəmiyyətli göstəricidir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident vurğulayıb ki, qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edən dövlətimizin başçısı deyib ki, nəqliyyat yoluna sahib olmaqla, Qırğızıstan hökuməti üçün prioritet sahələrdə investisiya siyasətini birgə həyata keçirməklə, bu gün Bişkekdə yarım il bundan əvvəl Bakıda imzalanan sənədlərə malik olmaqla, bəzi səbəblər üzündən əvvəlki illərdə əldən verdiklərimizin yerini qısa vaxt kəsiyində müəyyən dərəcədə doldururuq. Gələcək əməkdaşlığımızın başlıca istiqamətlərindən biri məhz konkret nəticələrə hədəflənməyimizdir.

Fazil Bağırov,

Cəlilabad rayonu, Astanlı kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndə


Digər xəbərlər

0.28368711471558