Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır

09:43 21-10-2022 | icon 915
Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Zəngilan
rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il
oktyabrın 18-də başladılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı
Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və qısa müddət
ərzində Zəngilan şəhəri azad edildi.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı
Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə
sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi,
Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına
şərait yaratdı.Oktyabrın 20-də  Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli,
Həkəri,Şərifan,Birinci Muğanlı və Zəngilan şəhərinin azad edilmişdir.
Zəngilanın azad olunmasının bir sıra hərbi-strateji əhəmiyyəti var idi. Birincisi,
Zəngilan azad olunması 132-km Azərbaycan–İran sərhədinin bərpası demək idi. İranla
sərhəd nəzarətə götürülməklə düşmənin İrana çıxışı bağlanır və Ermənistana gələ
biləcək humanitar-hərbi yüklərin qarşısı alınıb. İkincisi, Qubadlı mühasirəyə alınıb və
qısa zamanda azad olunub. Üçüncüsü, Zəngəzur bölgəsi nəzarətə götürülür.
Dördüncüsü, İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yoluna nəzarət etmək imkanı
qazanılıb, bu yol Ermənistanın işğala davam etməsi üçün əhəmiyyətli idi. Zəngilanın
azad olunmasının Qarabağın taleyinin həll olunması hesab edirlər.
Çünki işğal olunmuş ərazilərə İrəvandan, eləcə də İrandan gələ biləcək
yardımların qarşısını alıb. Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolu, o cümlədən İrəvan-
Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsinin nəzarətdə saxlanılması Ermənistan
tərəfindən gələn hərbi və qida yüklərinin qarşısını alıb.Zəngilanın azad olunması, onun
beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirilməsi üçün imkanlar yaratdı. Zəngilanda
Beynəlxalq Hava Limanının təməli qoyulub. Bu hava limanı digər nəqliyyat infrastrukturu
ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq. Yeni hava limanı bütün növ
təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana Horadizdən yol da
çəkiləcək. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə
birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Zəngilanda Hava Limanın
tikilib istifadəyə verilməsi eyni zamanda Azərbaycan üçün şərqə yeni qapı açacaq. Belə
ki, Zəngəzur dəhlizinin açılması növbəti tarixi nailiyyət olacaq və Şərqi Zəngəzurdan
Qərbi Zəngəzura uzanan bu nəqliyyat arteriyası nəinki region ölkələri, eyni zamanda
geniş anlamda iqtisadi fəallığı təmin edəcək. Zəngilan rayonunun işğaldan azad
olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və
şücaət nümayiş etdirmiş 3435 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı
ilə təltif olunmuşdur.

Fərəcov Nazim Müğdət oğlu
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.19807100296021