Prezident Çinarəni səhnəyə dəvət etdi - Video
Ötən gün Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan “Dost Aqropark”ın açılış mərasimində müğənni Çinarə Məlikzadə də səhnəyə çıxıb.
Sənətçi tədbirdə 4 mahnı səsləndirib.
Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “dəvət edək, bir şəkil çəkdirək”, - deyə bildirib.
Səhnəyə çıxan Ç.Məlikzadə Prezidentlərə öz təşəkkürünü bildirib.
Müğənni görüşlə bağlı sosial media hesabında bunları yazıb: ““Dost Aqropark”ın açılış mərasimində sənətçi olaraq yalnız mənim iştirakım çox qürurverici idi. Şükürlər olsun ki, bu gün tarixi torpaqlarımızda, o cümlədən Zəngilanda bu cür mərasimlər keçirilir. Buna görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə əsgər qardaşlarımıza və Ali Baş Komandanımıza minnətdarıq!”
Qeyd edək ki, Ç.Məlikzadə Vətən müharibəsi dövründə təqdim etdiyi “Azərbaycan” mahnısı ilə məşhurlaşıb.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...