6 nömrəli uşaq musiqi məktəbində Əməkdar artist Sahib Paşazadənin tar sənəti üzrə ustad dərsi keçiriləcək

20:00 21-10-2022 | icon 1415
6 nömrəli uşaq musiqi məktəbində Əməkdar artist Sahib Paşazadənin tar sənəti üzrə ustad dərsi keçiriləcək

Oktyabrın 26-da, saat 16:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində tanınmış tarzən, Əməkdar artist, Prezident mükafatçısı, "Tərəqqi" medalı ilə təltif olunmuş Beynəlxalq müsabiqələr qalibi, dosent Sahib Paşazadə tərəfindən Ustad dərsi keçiriləcək.

Ustad dərsində Bakı şəhərində yerləşən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcək.

Tədbirin əsas məqsədi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Respezentativ Siyahısına daxil edilmiş Azərbaycan tar sənətini gənclər arasında təşviq etməkdir.


Digər xəbərlər

1.8181788921356