6 nömrəli Uşaq Musiqi Məktəbində tanınmış tarzən, əməkdar artist, Prezident mükafatçısı Sahib Paşazadə tərəfindən ustad dərsi keçirilib
Oktyabrın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ə. Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində tanınmış tarzən, əməkdar artist, Prezident mükafatçısı Sahib Paşazadə tərəfindən ustad dərsi keçirilib.
Ustad dərsi konsertmeysterlər Mehriban Həmidova və Şahin Yəhyazadənin müşayiəti altında tar ixtisası üzrə V sinif şagirdi Səid Quliyev ( müəllim Sənan Rüstəmov) və II sinif şagirdi Cəlal Orucov ( müəllim Kamal Nuriyev) ilə aparılıb. Dərs zamanı Bakının müxtəlif uşaq musiqi məktəblərindən iştirak edən şagirdlərə tar ixtisası üzrə bir sıra mühüm məqamlar vurğulanıb, tövsiyyələr verilib, həmçinin Sahib Paşazadənin ifası dinlənilib.
Sonda məktəbin direktoru Sevda Rəhimova çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, bu cür dərslərin uşaq musiqi məktəblərinin şağirdləri üçün mahiyyətini və vacibliyini vurğulayaraq, davamlı şəkildə təşkil olunacağını qeyd edib.
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...