Heydər Əliyev Mərkəzi təqdim edir - “Müasir Bakı” videolayihəsi
Paytaxt Bakının füsunkar gözəlliyi, müasir siması bu dəfə “Müasir Bakı” videolayihəsində təqdim olunub.
DJ Kənan Drums-ın (Kənan Hüseynov) müxtəlif musiqi sintezi ilə hazırlanan layihə Bakının dinamik həyatını hiss etmək, gözəlliyini görmək üçün paytaxtı hündürlükdən canlandırır. Musiqinin müşayiəti ilə Alov Qüllələri, Bakı bulvarı, Bakı Kristal Zalı, Heydər Əliyev Mərkəzi, paytaxtın ümumi mənzərələri təqdim edilir.
Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan layihənin 8 Noyabr - Zəfər Günü ərəfəsində təqdim olunması isə ölkəmizin qüdrətinin və gözəlliyinin daha bir tərənnümüdür. Eyni zamanda turizm baxımından Bakının cəlbediciliyini geniş auditoriyaya nümayiş etdirir.
Qeyd edək ki, son illər yüksəklikdən istifadə olunmaqla belə musiqi layihələrinin çəkilişləri dəbdədir və zaman keçdikcə musiqiçilər mütəmadi bu formata üz tuturlar. Belə təqdimatlar indiyədək Nyu-Yorkda (DJ Tiesto,“Live from Edge New York City”), Dubayda da (DJ David Guetta, “United at Home. Dubai Edition”) reallaşıb. Tanınmış DJ David Guetta öz çıxışını Dubayda, dünyanın ən hündür binası olan “Bürc-Xəlifə”də, DJ Tiesto Nyu-Yorkda “Hudson Yards”ın “The Edge” müşahidə göyərtəsində təqdim etməklə əsrarəngiz musiqili video hazırlayıblar.
Bakı layihəsi isə paytaxtımızın müasir memarlığı sırasında olan İqtisadiyyat Nazirliyinin inzibati binasının damında lentə alınıb.
Layihə “SS Production” şirkətinin texniki dəstəyi ilə reallaşıb və çəkilişlərdə müasir video, işıq avadanlıqlarından istifadə olunub.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...