Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbi "Zəfər Günü"nə həsr olunmuş konsert təqdim edib

16:12 04-11-2022 | icon 1259
Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbi

Noyabrın 2-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi "Zəfər günü"nə həsr olunmuş konsert təqdim edib.

Konsert proqramında fortepiano, simli və xalq çalğı alətləri şöbəsinin şagirdləri Azərbaycan və qərb bəstəkarlarının əsərlərini ifa ediblər.

Həmçinin konsertdə müəllimlərdən ibarət ansamblın müşayiəti ilə şagirdlərin ifasında "Xudayar" təsnifi səsləndirilib. Çıxışlar dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Sonda məktəbin direktoru Sevda Rəhimova çıxış edərək, konsertin ərsəyə gəlməsində mühüm rolu olan müəllim və şagirdlərə öz minnətdarlığını bildirib.


Digər xəbərlər

0.35801792144775