Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin növbəti uğuru

15:42 11-11-2022 | icon 1983
Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin növbəti uğuru

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin vokal ixtisası üzrə V sinif şagirdi Mail Manafov Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Payız Əfsanələri 2022" adlı beynəlxalq müsabiqəsində iştirak edib.

Müsabiqədə Mail Manafov (müəllim Hacıyeva Ülviyyə, konsertmeyster Yəhyazadə Şahin) Seymur Aslanovun "Şuşa qayıdır" əsərini ifa edərək I yerə layiq görülüb. 

Gənc istedadı, onun müəllim və valideynlərini təbrik edib, yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.

 
 
 

Digər xəbərlər

0.26516509056091