Türk dünyasının birliyi amallarına sədaqət

13:57 15-11-2022 | icon 962
Türk dünyasının birliyi amallarına sədaqət

Azərbaycan dövləti və onun rəhbəri cənab İlham Əliyev türk dünyasının sıx birləşməsinə həmişə öz töhfəsini verib və türk dünyasının birliyi amallarına sadiq olub. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir.Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

         Prezident İlham Əliyevin noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında bu mövzuda məsələləri ətraflı şərh edib. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyası böyük potensiala və imkanlara malikdir. Bu coğrafiyada Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, eyni zamanda, region ölkələrinin, məsələn, Azərbaycan, İran və Türkiyənin də sosial-iqtisadi yüksəlişinə böyük töhfə verəcəyi heç bir şübhə doğurmur. Ekspertlər tərəfindən bu dəhlizin Qərb ilə Şərq arasında olan iqtisadi əlaqələrin dərinləşməsinə, yaranan ticarət həlqəsinə əlavə dəyər verməsinə önəmli təsir göstərəcəyi də haqlı olaraq vurğulanır.   Türk dünyası bir-birinin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli, bütün sahələrdə əməkdaşlığını daha da aktivləşdirməlidir. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın diqqət mərkəzində saxlanılmalıdır.

       Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə türk dünyasının da yaxından iştirakı nəzərdə tutulur. Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilməsi, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunması planlaşdırılır.

Göründüyü kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Dövlətimizin və xalqımızın gələcəyi naminə buna ancaq sevinmək lazımdır.

Aqil Nəzərov,

Cəlilabad rayon Komanlı kənd tam orta məktəbinin müəllimi,

Vətən müharibəsinin qazisi


Digər xəbərlər

0.28778791427612