AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb

11:04 17-11-2022 | icon 1040
AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb

AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul
edilmiş qətnaməyə dair bəyanat yayıb


Bəyanatda deyilir:
“Fransa Senatının qəbul etdiyi “Azərbaycana qarşı sanksiyaların tətbiqi və
onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli
atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün
bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə
bu ölkənin pozucu siyasətinin davamıdır.
Fransa mütəmadi olaraq qərəzli mövqeyi, riakar addımları ilə Ermənistanla
Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində aparılan
danışıqlara müdaxilələr edir, yeri gəldi-gəlmədi normallaşma prosesinə əngəllər
törədir. Qarabağ münaqişəsi tarixə qovuşduqdan sonra dəfələrlə səsləndirdikləri
yalan xarakterli bəyanatlarla iki ölkə arasında məqsədli şəkildə gərginliyi
artırmağa çalışıb. Aydın görünür ki, bölgədə sülhə doğuru atılan addımlar onları
narahat edir.
Davam edən 30 illik işğal dövründə doğma yurdundan hərbi müdaxilə yolu
ilə qovularaq məcburi köçkün həyatı yaşayan sivil insanların pozulmuş
hüquqları özünü dünyanın aparıcı dövlətlərindən hesab edən Fransanın heç
yadına da düşmədi. Hətta münaqişənin danışıqlar yolu ilə həlli zamanı Minski
qrupunun çətri altında “neytral dövlət” libasına bürünmüşdü. Proseslərin
sonrakı gedişi, o cümlədən münaqişənin tarixə qovuşması bu kimi dövlətlərin
əsl yanaşmalarını ortaya çıxarıb.
İşğalın sona çatmasından sonra məcburi köçkünlərin öz yurdlarına
qayıtması, sülh səyləri çərçivəsində Fransanın yenidən qərəzli mövqe
sərgiləməsi gərginliyin artırılmasından başqa bir şey deyil. Hətta qətnaməni
hazırlayanlar, görünür, proseslərdən tamamilə xəbərsizdirlər, hazırda bölgədə nə
baş verir ya onu görmürlər, ya da görmək istəmirlər.

Mənasız və heç bir hüquqi qüvvəyə malik olmayan bu qətnamənin
müəllifləri bilsinlər ki, regionun lideri Azərbaycan qalib dövlət olaraq sülh və
təhlükəsizliyə əsaslanan yeni reallıqlar yaradıb. Artıq “Dağlıq Qarabağ”
münaqişəsi də Minski qrupu kimi tarixə qovuşub.
Hazırda Azərbaycanın Avropa ölkələri ilə əlaqələri bütün sahələrdə
durmadan genişlənir. Bunu dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı
səfərlər və imzalanan sənədlər də göstərir. Həmçinin ölkəmiz Avropanın enerji
təhlükəsizliyinin əsas təminatçılarındandır və dünya səviyyəsində əhəmiyyətli
ölkələrindən hesab olunur.
Bir daha Fransa Senatının bu qətnaməsini qətiyyətlə pisləyir, sülh və
sabitliyə mane olan təxribat xarakterli sənəd kimi qiymətləndiririk”.

AHİK-in üzv təşkilatları

1. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
2. “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası
3. “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası
4. “Metal-iş” Həmkarlar İttifaqı Federasiyası
5. Aviasiya İşçiləri Həmkarlar İttifaqı
6. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar
İttifaqı
7. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı
8. “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı
Birliyi
9. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı

10. Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı
11. Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı
12. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri
Həmkarlar İttifaqı
13. Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
14. Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı
15. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
16. “İnşaat-İş”  Həmkarlar İttifaqı
17. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı
18. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
19. Metropoliten İşçiləri Həmkarlar İttifaqı
20. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
21. Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar
İttifaqı
22. Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar
İttifaqı
23. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
24. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
25. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
26. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
27. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri
Həmkarlar İttifaqı


Digər xəbərlər

0.24798917770386