Saatlıda gənclər və idman sahəsində dövlət siyasəti uğurla həyata keçirilir
Saatlı Rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti bölgənin ictimai həyatında mühüm rol oynayır
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən illər ərzində ölkəmizdə bütün digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük inkişafa nail olunub, ciddi uğurlar əldə edilib. Bu gün artıq ölkəmiz müxtəlif idman növləri üzrə ən mötəbər yarışlara ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanaraq dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Məhz bu uğurların sayəsində bu gün Azərbaycan artıq dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır və əsas idman mərkəzlərindən biri kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, başda Ölkə Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə idmanın kütləviləşmədiyi bircə region belə qalmamışdır. Təbii ki, bu sahədə dövlət siyasətini həyata keçərən qurum kimi, Gənlər və İdman Nazirliyinin və onun regionlarda fəaliyyət göstərən alt qurumlarının ölkəmizdə idmanın inkişafında və kütləviləşməsində böyük rolu vardır. Yerləşdiyi bölgədə dövlətin gənclər və idman siyasətinin effektiv şəkildə həyata keçirilməsi, idmanın inkişafı və gənc nəslin sağlam, milli-vətənpərvər ruhda formalaşması istiqamətində uğurla fəaliyyət göstərən belə qurumlardan biri də Saatlı Rayon Gənclər və İdman İdarəsidir.
Saatlı rayon Gənclər və İdman İdarəsi dövlətin gənclər və idman siyasətini rayonda həyata keçirən orqandır. İdarə rayon ərazisində gənclərlə işləyən təşkilatları, o cümlədən bədən tərbiyəsi və idman kollektivlərini koordinasiya edir.
Saatlı rayon Gənclər və İdman İdarəsi dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Saatlı rayon İcra Hakimiyyəti başçısının fərman və sərəncamlarını, əmrlərini, qərar və göstərişlərini, idarənin tədbirlər planını rəhbər tutaraq müəyyən işlər görür və silsilə tədbirlər həyata keçirir.
Saatlı rayon Gənclər və İdman İdarəsinin fəaliyyətində diqqəti cəlb edən fərqli cəhətlərdən biri də kreativlik və orijinallıqdır. Etiraf edək ki, məhz bu cəhətlər müasir gəncləri cəlb etmək, onların diqqətinə sahib olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Məsələ bundadır ki, Elçin Qiyasovun rəhbərlik etdiyi idarənin əməkdaşları Saatlı gənclərinin ictimai həyatlarında daha yaxından iştirak etmək və ən əsası da bu həyatı daha dolğun, daha maraqlı və rəngarəng edə bilmək üçün daim axtarışdadırlar. Məhz bu səbəbdən də Saatlı rayon Gənclər və İdman İdarəsinin keçirdiyi heç bir tədbir sıradan təsiri bağışlamır.
Qeyd etmək lazımdır ki, bu gün Saatlıda müxtəlif idman tədbirləri də olduqca yüksək səviyyədə təşkil olunur.
Göründüyü kimi, bu gün Saatlıda uşaq və gənclərimizin sağlam, vətənpərvər ruhda formalaşmaları, dünyagörüşlərinin genişləndirilməsi yönümündə Elçin Qiyasovun rəhbərlik etdiyi Saatlı Rayon Gənclər və İdman İdarəsi tərəfindən kifayət qədər əhatəli tədbirlər görülür. Əminliklə demək olar ki, gənc saatlılılar bundan sonra da doğma Azərbaycanımızın inkişafına öz dəyərli tövhələrini verməkdə davam edəcəklər.
İdarə rəisi Elçin Qiyasov da hər zaman öz çıxışlarında qeyd edir ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını bu gün hamılıqla şərəf və qürur hissi ilə seyr ediriksə, bütün bu nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır.
Elçin müəllim bu gün dövlətimizin idman siyasətini tam gücləri ilə dəstəklədiklərini, respublikamızın hər bir guşəsində aparılan mükəmməl idman siyasəti sayəsində üzərlərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını vurğulayır.
P.S. Təəssüf ki, bəziləri Elçin Qiyasovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Elçin Qiyasov haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Maraqlıdır ki, Elçin Qiyasov barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.
Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, dövlətçiliyə sədaqətlə xidmət edən Elçin Qiyasovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...