AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub


AFFA-nın təsis olunmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Dalğa Arena”da yoldaşlıq oyunu təşkil olunub.
"CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanan matçda qurumun, Peşəkar Futbol Liqasının əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Premyer Liqada çıxış edən klubların əməkdaşlarından və məşqçilərindən təşkil olunmuş kollektiv üz-üzə gəlib.
Hər iki komandanın üzvlərini yubiley münasibətilə təbrik edən, xatirə şəkli çəkdirən AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçular Kazbek Tuayev və Çingiz İsmayılovla birlikdə simvolik olaraq topa ilk toxunuşu ediblər.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə başa çatıb. AFFA-nın heyətində İlqar Qurbanov (2), Arif Əsədov, Fərrux İsmayılov və Zaur-Hacı Məhərrəmov fərqlənib. Klubların qolların isə Xaqani Məmmədov (4) və Zaur Tağızadə vurub.
-
Gerye Bakıdadır...
...
-
“Sabah” “Neftçi”ni məğlub etdi
...
-
Turun mərkəzi oyunu bu gün baş tutacaq
...
-
“Fənərbaxça”nın sabiq futbolçusu “Qarabağ”a keçir
...
-
UEFA Millətlər Liqasının formatını dəyişdi
...
-
Avstriya – Azərbaycan oyununun stadionu açıqlandı
...
-
“Qarabağ” “Turan Tovuz”a, “Zirə” “Sumqayıt”a qarşı
...
-
UEFA futbol klublarına yeni qayda tətbiq etmək istəyir
...
-
AGİN erməni idmançının təxribatı ilə bağlı bəyanat yaydı
...
-
Azərbaycanın FIFA referisi Italiya "İnter"in oyununa təyinat alıb
...