Xorvatiya Brazilyaya, Niderland Argentinaya qarşı - Bu gün 1/4 finaldır


Bu gün Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin oyunlarına start veriləcək.
Günün ilk matçında Xorvatiya və Braziliya milli komandaları üz-üzə gələcəklər. “Education City” stadionunda oynanılacaq matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Günün sonuncu qarşılaşmasında isə Niderland seçməsi Argentina millisi ilə qarşılaşacaq. “Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. Görüşlər dekabrın 10-da oynanılacaq.
-
Gerye Bakıdadır...
...
-
“Sabah” “Neftçi”ni məğlub etdi
...
-
Turun mərkəzi oyunu bu gün baş tutacaq
...
-
“Fənərbaxça”nın sabiq futbolçusu “Qarabağ”a keçir
...
-
UEFA Millətlər Liqasının formatını dəyişdi
...
-
Avstriya – Azərbaycan oyununun stadionu açıqlandı
...
-
“Qarabağ” “Turan Tovuz”a, “Zirə” “Sumqayıt”a qarşı
...
-
UEFA futbol klublarına yeni qayda tətbiq etmək istəyir
...
-
AGİN erməni idmançının təxribatı ilə bağlı bəyanat yaydı
...
-
Azərbaycanın FIFA referisi Italiya "İnter"in oyununa təyinat alıb
...