Səttar Möhbalıyev: “2020-ci ildə keçirilən Zəfər paradı hər birimizə qürurlu və unudulmaz anlar yaşatdı”
“Bütün Azərbaycan xalqının, o cümlədən dünyanın müxtəlif yerlərində yaşayan
soydaşlarımızın iftixarı və fəxri olan 44 günlük Vətən müharibəsində
qazandığımız şanlı Qələbənin möhtəşəm nümayişi təntənəli şəkildə keçirilən
Zəfər paradı oldu. Bu tədbir, təbii ki, hər birimizi fərəhləndirdi. Bundan öncə də
Azadlıq meydanında keçirilən paradları seyr etmişdik, amma 2020-ci il
dekabrın 10-da baş tutan parad, adından da göründüyü kimi, artıq qalib
Azərbaycan Ordusunun Zəfər paradı idi. Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzuru və Qarabağı işğaldan azad edən
əsgər və zabitlərimiz Azadlıq meydanında qürurla addımladı, nəyə qadir
olduqlarını, gücünü, qüdrətini nümayiş etdirdi. Həmin vaxt dünya mediasında
Azərbaycanın Zəfər paradına geniş yer verildi, beynəlxalq ictimaiyyət
tərəfindən maraqla izlənildi. Bu həm də düşmənlərimizə, onların havadarlarına,
30 il təcavüzkar siyasəti dəstəkləyənlərə böyk göz dağı oldu”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Ordumuzda uzun illər aparılmış keyfiyyət və kəmiyyət
dəyişiklikləri onu yenilməz etdi, 44 günlük Vətən müharibəsində hamı buna
şahid oldu: “Bir daha təsdiqləndi ki, Azərbaycan Cənubi Qafqazın ən qüdrətli
Ordusuna sahibdir, qoşunlarımız döyüş hazırlığına görə MDB məkanında ön
sıralarda qərarlaşıb. Dünyanın ən modern, strateji silahları, digər hərbi
texnikaları onun arsenalında mövcuddur. Hər zaman Azərbaycana qardaş
dəstəyi göstərən Türkiyə Zəfər paradında da yanımzada oldu, sevincimizi
bölüşdü. Türkiyəli əsgər və zabitlər paradda qardaşları ilə yanaşı addımladılar
və bəyan etdilər ki, dar gündə də, sevincli anlarda da hər iki qardaş dövlətin
qəlbi bir döyünür. Hətta dost və qardaş dövlətin başçısı cənab Rəcəb Tayyib Ərdoğan möhtərəm Prezidentimiz İlham Əliyevin dəvətilə paradda iştirak etdi,
tarixi qələbə münasibəti ilə xalqımızı təbrik etdi. Ümumiyyətlə, Zəfər paradı
həm də Azərbaycan-Türkiyə qardaşlığının nümayişi ilə yaddaşlara həkk oldu”.
“Zəfər paradında 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul
edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava
hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi
hər birimizdə qürurlu və unudulmaz anlar yaşatdı. Bir daha bəyan oldu ki,
Azərbaycan Ordusu günü-gündən qüdrətini artırır, ölkəmizin suverenliyinə,
ərazi bütövlüyünə təhdid yaradan istənilən təcavüzkara layiqli cavab verməyə,
yerində oturtmağa qadirdir. Bu il avqustun 3-də və sentyabrın 12-13-də erməni
təxribatına verilən tutarlı cavab bunun bariz nümunəsidir. Azərbaycanın əsgər
və zabitləri yüksək döyüş ruhu ilə bir daha göstərdilər ki, Vətəni canları, qanları
bahasına qorumağa hər an hazırdırlar, bunun üçün istənilən vaxt səfərbər olmağı
bacarırlar, sözlə başa düşməyən düşmən üçün yenilməz “Dəmir yumruq”
yerindədir”, - Milli Məclisin deputatı bildirib.
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...