Qurban Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçildi

15:32 14-12-2022 | icon 1155
Qurban Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçildi

Azərbaycanda 2022-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci olub.
 
67 jurnalistin qatıldığı sorğuda 54 səs toplamaqla, Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 12-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.


Digər xəbərlər

0.24860000610352