Təmraz Tağıyev yenidən - sədr seçildi
Bu gün Şirvan şəhəri Gənclər mərkəzində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.
Respublikanın 68 şəhər bələdiyyələrindən və Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 69 nümayəndənin iştirakı ilə keçirilən ümumi yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyanın 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunub.
Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev yenidən yekdilliklə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.
Tədbirdə Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov iştirak ediblər.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...