Qaradağda xeyriyyə sərgi-yarmarkası keçirildi - Fotolar
Bu gün Qaradağ rayonunda sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərinin xeyriyyə sərgi-yarmarkası keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkilləri, rayonun idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd olunub ki, sərgi Qaradağ RİH-nin dəstəyi ilə Azərbaycanda iş adamlarıhnı birləşdirən şəbəkə işçi təşkilatı olan Azərbaycanda Qlobal İş Adamları Assosiasiyası (GABA - Global Association Business People of Azerbaijan Networking) tərəfindən təşkil olunub.
Tədbirdə iştirak edən Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə gücləndiyindən söz açıb. Dövlət başçısının “mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” sözlərini xatırladıb. Qeyd edib ki, bu tədbir Prezidentin sərəncamına əsasən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilir.
Rayonu təmsil edən 5 uşaq özlərinin 8 əl işi ilə sərgidə iştirak ediblər. Bu yarmarkanın özəlliyi sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladığı şou proqram olub. Tədbir iştirakçılarına Azərbaycanın Dövlət Himninin sözləri işarət dili ilə ötürülən xüsusi musiqi nömrəsi, rəqs və mahnı təqdim olunub.
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...