ABL: "Neftçi"dən əzmkar qələbə, "Sərhədçi" zirvəyə şərik oldu

01:15 23-01-2023 | icon 697
ABL:

Sərhədçi İdman Mərkəzində iki oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 14 -cü turuna yekun vurulub.

Azeripress.az xəbər verir ki, günün ilk oyunu "Sərhədçi PİK" və "Gəncə BK" komandaları arasında baş tutub. Oyuna fəal başlayan sərhədçilər rəqibi üzərində 86-78 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Maksvel Starvud - 25 xal, 12 ribaund ), "Gəncə BK" ( Kolin Törner - 24 xal, 13 ribaund)

Günün ikinci oyununda "NTD BK" və "Neftçi İK" basketbolçuları qarşılaşıblar.

Bu görüşdə neftçilər 86-79 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular: "NTD BK" ( Kuinton Kempbel - 19 xal, 4 ribaund ), "Neftçi İK" ( Denis Cons - 24 xal, 6 ribaund )


Digər xəbərlər

0.3116500377655