UEFA Millətlər Liqasının formatını dəyişdi

13:21 26-01-2023 | icon 862
UEFA Millətlər Liqasının formatını dəyişdi

UEFA Millətlər Liqasının formatını əlavə pley-off mərhələsi ilə genişləndirəcək.

 
 

Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsinin İclasından sonra həm A Liqasının qruplarının qalibləri, həm də ikinci yerləri tutan komandaların mübarizə aparacağı 1/4 final mərhələsinin əlavə edilməsi qərara alınıb. Komandalar iki oyun keçirəcək - evdə və səfərdə. Bu tur mart ayında keçiriləcək.

A Liqasında üçüncü yeri tutanlar B Liqasının ikinciləri, B Liqasında üçüncü olanlar isə C Liqasının ikinciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçları oynayacaqlar.


Digər xəbərlər

0.28351616859436