Qaradağda səyyar qəbul - Fotolar


Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Qəbulda Qobustan qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 60-a yaxın qəsəbə sakinləri iştirak edib. Sakinlərdən 15 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilib.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir



-
Qənirə Paşayeva vəfat etdi
...
-
Azərbaycandan Qarabağ ermənilərinə - Çağırış
...
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI Məclisinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə MÜRACİƏTİ
...
-
Sabah da isti olacaq
...
-
Qənirə Paşayevanın son vəziyyəti açıqlandı
...
-
Əsədov Vüqar Habil oğlunun cəsədinin qalıqları 30 ildən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gətirilib
...
-
AHİK-in VI Məclisi keçirilib
...
-
Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər
…
-
Anım günü iftixar hisslərinin səbəbidir
…
-
Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
...