Qaradağda “Azərbaycan Gəncləri Günü” tədbiri - Fotolar
Yanvarın 31-də Lökbatan qəsəbəsi, Ə.Əmirov adına Mədəniyyət Sarayında “Heydər Əliyev ili” çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə “Heydər Əliyev - Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş geniş tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları, Vətən Müharibəsi iştirakçıları, rayon ərazisində xidmət edən hərbi qulluqçular və əsgərlər, rayon gəncləri iştirak ediblər.
Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk Mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihələrin hər birinin ana xəttində azərbaycançılıq məfkurəsi dayanıb.
Həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmi 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib. İca başçısı nitqinin yekununda gəncləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...