Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır

09:53 07-02-2023 | icon 923
Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır

Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına
rəsmi səfəri, bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevlə görüşləri və səsləndirilən birgə bəyanatlar iki dost və tərəfdaş ölkə
arasında gələcək əlaqələrin daha da inkişafı və möhkəmlənməsinə zəmin yaradıb.
Görüşlərdən sonra Rumıniyanın rəsmi nümayəndələri qeyd ediblər ki, Azərbaycan
Prezidenti İlham Əliyevin öz ölkəsinin, bütövlükdə regionun təhlükəsizliyinin təmin
olunmasında və inkişafında mühüm xidmətləri vardır. Azərbaycanın inkişafa yönələn
siyasətində qazandığı uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət
kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya ölkələri, xüsusilə
Qazaxıstan və Özbəkistan üçün Avropaya körpü rolunu oynayır. Azərbaycan
həmçinin Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir.
Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə
edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi münasibətlərin daha
da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub,
bunun sayəsində Azərbaycan regionun strateji, iqtisadi mərkəzinə çevrilib.
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri
Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da
möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan
qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz
strateji tərəfdaşlığın təzahürüdür.
Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında energetika sahəsində
əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, uzun illər ərzində Azərbaycanın neft
şirkəti olan SOCAR Rumıniyada fəaliyyət göstərir, onun Rumıniyada 70-dən çox
yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır. Həmçinin
Rumıniyanın imkanlarından istifadə edilərək. Azərbaycan qazı Avropa məkanında
yeni ünvana çatacaq və paralel olaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql
ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il
bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra
edilib.
Azərbaycan ildən-ilə xaricə qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa
İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq
Memorandumu bu artımın bariz göstəricisidir. Son illərdə ölkəmizdə yaşıl enerji
sahəsində çox önəmli addımlar atılıb. Bu layihə çox strateji və böyük sərmayə tələb
edən layihə olmaqla yanaşı həm də bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.
Bu layihənin uğurla həyata keçirilməsi işlərində bir sıra ölkələr kimi Rumıniya da
maraqlıdır. İldən-ilə Azərbaycan və Rumıniya arasında əməkdaşlıq potensialı get-

gedə artır, bu isə regionun və Avropa İttifaqının daha sıx əməkdaşlığı üçün çox vacib
amillərdən biridir.

Əli Bayraqdarov
Saatlı rayonu Nəsimikənd kənd tam orta məktəbin tədris işləri üzrə direktor müavini


Digər xəbərlər

0.29280781745911