Xaçmazda "Qayalı"nın ikinci filialı açıldı - VİDEO

18:02 25-02-2023 | icon 1076
Xaçmazda

Hər zaman öz müştərilərini keyfiyyətli ərzaq və qeyri-qida məhsulları ilə təmin edən, ucuz qiymət, bol çeşid və gülərüz personalı ilə vətəndaşlara xidmət göstərən “Qayalı” marketlər şəbəkəsi növbəti ictimai-iaşə obyektini istifadəyə verib.

Bu dəfə Xaçmaz sakinləri “Qayalı” marketlər şəbəkəsinin xidmətlərindən yararlana biləcəklər.

Xaçmaz şəhərinin mərkəzində tikilən və sakinlərin istifadəsinə verilən ticarət mərkəzinin açılışında rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, sahibkar İdris Quliyev, şəhid ailələri, qazilər və digər rəsmi şəxslər iştirak ediblər. Öncə Azərbaycanın dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Səadət Arifqızı Xaçmaz sakinlərini salamlayaraq “Qayalı” marketlər şəbəkəsi haqqında ətraflı məlumat verib. Ardınca “Qayalı” marketlər şəbəkəsinin nümayəndəsi Məsud Əzizli və digər şəxslər çıxış edərək yeni açılan içtimai-iaşə obyektinin Xaçmaz sakinlərini və ətrafda yaşayan vətəndaşları ən ucuz və keyfiyyətli qida və qeyri qida məhsulları ilə təmin edəcəyini diqqətə çatdırıb.

Açılışdan sonra rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, sahibkar İdris Quliyev və marketlər şəbəkəsinin direktoru Ağa Qasımov şəhid ailələri ilə çay süfrəsi ətrafında əyləşərək onlarla səmimi söhbət edib və qayğıları ilə maraqlanıb. “Qayalı” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Şirinov media nümayəndələrinə açıqlamasında ticarət mərkəzinin istifadəyə verilməsini dövlətin sahibkarlara olan diqqətinin bariz nümunəsi kimi dəyərləndirib.

Xatırladaq ki, yeni açılan ticarət mərkəzində 100-dən artıq Xaçmaz sakini işlə təmin olunacaq. Xüsusilə, şəhid ailələri, qazilər və müharibə iştirakçılarının işlə təminatına üstünlük veriləcək. Qeyd edək ki, müştəri məmnuniyyətini özünün devizi hesab edən “Qayalı” marketlər şəbəkəsinin Xaçmazda açılan yeni ticarət mərkəzində də vətəndaşlar müxtəlif endirim və hədiyyə kampaniyalarından yararlana biləcəklər. Rəsmi hissə yekunlaşdıqdan sonra tort kəsilib və “Qold Qayalı” müştərilərin istifadəsinə verilib.

 


Digər xəbərlər

0.25373005867004