“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”

00:57 28-02-2023 | icon 872
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”

“Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb”.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, son 10 il ərzində müəllimlərin əməkhaqqı 267 manatdan 790 manata çatıb: “Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin dərs saatı 12 saatdan 18 saata çatdırılıb. 

Rasionallaşdırma yolu ilə biz müəllimlərin əməkhaqqı artımına nail olmuşuq. Yəqin ki, 2-3 ildən sonra müəllimlərin orta aylıq əməkhaqqıları 1000 manatdan yüksək olacaq”.


Digər xəbərlər

0.31530117988586