Hipermarketə silahlı basqının anbaan görüntüsü - Video
Bu gün Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Bravo”da baş vermiş silahlı basqının görüntüləri yayılıb.
Görüntülərdən hadisənin 2 nəfər tərəfindən törədilməsi məlum olur. Belə ki, hipermarketin giriş hissəsindəki bankomatda inkassatorun pulları çıxardığı vaxt bir nəfərin tapança ilə daxil olaraq atəş açdığı görünür. Bu zaman inkassatorun mühafizəçisi silahlı müqavimət göstərməyə çalışır və baş nahiyəsindən güllə yarası alaraq yıxılır. Həmin zaman hipermarketin daxili hissəsindən digər silahlı şəxs bir neçə dəfə atəş açaraq pulların olduğu kisəni götürərək digər şəxslə birgə oradan uzaqlaşır.
Hadisəni törədən şəxsin yaxınlıqda park edilmiş avtomobillə uzaqlaşdığı iddia olunur.
Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...