AHİK sədri Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

19:21 07-03-2023 | icon 643
AHİK sədri Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

Martın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları
himayəyə götürülmuş şəhidlərin anaları və həyat yoldaşları ilə görüş keçirib.


Şəhid ailələrini salamlayan Səttar Möhbalıyev onları 8 Mart - Beynəlxalq
Qadınlar Günü münasibətilə təbrik edib.
AHİK sədri 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən, düşməni məhv edən
əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb.
Bildirib ki, sizin övladlarınız, həyat yoldaşlarınız düşmən qarşısında mətin
dayandı, torpaqlarımızı işğaldan qurtararaq xalqımızı müzəffər etdilər və illər
keçsə də, Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirəsini dərin
ehtiramla yad edəcək.
Şəhid ailələrinin xanım üzvləri ölkəmizdə onlara göstərilən ali münasibətdən
və yüksək qayğıdan razılıqlarını ifadə ediblər. Vurğulayıblar ki, dövlətimizin
başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva
onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olur.
Sonda AHİK tərəfindən xanımlara hədiyyə və sovqatlar verilib, maddi-
mənəvi dəstək göstərilib.


Digər xəbərlər

0.29330396652222