Fərid Qayıbov keçmiş FİFA hakiminə yüksək vəzifə verdi 

22:38 15-03-2023 | icon 869
Fərid Qayıbov keçmiş FİFA hakiminə yüksək vəzifə verdi 

2018-ci ildən fəaliyyət göstərən Ağcabədi Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə bu vəzifə çimərlik üzrə keçmiş FİFA referisi  Əfqan Həmzəyevə həvalə edilib.

Bu barədə özünün sosial şəbəkə hesabında məlumat verən Ə.Həmzəyev etimadı doğrultmaq üçün can-başla çalışacağını söyləyib.

Qeyd edək ki, Əfqan Həmzəyev 07 fevral 1974-cü ildə Qax rayonunda anadan olub.

Orta məktəbi qızıl medalla başa vurmuşdur.
Ali təhsillidir. 1995-ci  ildə Baki Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
 
2001-ci ildən hakimlik fəaliyyətinə başlamışdır. 2007-cu ildən Premyer – Liqa oyunlarında referi kimi fəaliyyət göstərib.
 
2009-cu ildən çimərlik üzrə FİFA referisi olub.
 
30 dəfə çimərlik üzrə beynəlxalq oyunlarda baş hakim olub. 21 dəfə final oyunlarını idarə edib. Türkiyə, Belorusiya, Rusiya, Ukrayna və Gürcüstanda keçirilən beynəlxalq turrnirlərdə ən yaxşı hakim seçilmişdir.
 
2009-cu ildə Dubayda keçirilən dünya çempionatının yarımfinal oyununu idarə etmiş və FİFA-nın xüsusi medalına layiq görülmüşdür.

Digər xəbərlər

0.26478600502014