Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

14:17 16-03-2023 | icon 676
Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı Hacıqabul-Muğan avtomobil yolun sağ və sol hissəsində, avtomobil yolu boyunca 500 ağac, o cümlədən 250 şam və 250 sərv ağacı əkilmişdir.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və  könüllüləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri eləcə də rayon sakinləri iştirak etmişdir. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpası, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə verməklə insanlar arasında ekoloji mədəniyyət hissinin təbliğ edilməsindən ibarətdir.

 

Digər xəbərlər

0.27628397941589