Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı Hacıqabul-Muğan avtomobil yolun sağ və sol hissəsində, avtomobil yolu boyunca 500 ağac, o cümlədən 250 şam və 250 sərv ağacı əkilmişdir.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və könüllüləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri eləcə də rayon sakinləri iştirak etmişdir. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpası, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə verməklə insanlar arasında ekoloji mədəniyyət hissinin təbliğ edilməsindən ibarətdir.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...