Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulur

10:56 17-03-2023 | icon 953
Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulacaq.

XXVII turun son oyununda "Qəbələ" "Şamaxı"nı qəbul edəcək. Hazırda "qırmızı-qaralar" 33 xalla 4-cü, "şirlər" isə 20 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 57 dəfə üz-üzə gəliblər. Bunların 18-də Qəbələnin, 19-da isə Şamaxının eyniadlı təmsilçisi qələbə qazanıb. 20 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də qonaqlar üstünlüyə malikdir - 74:62.

"Qəbələ" son 9 oyunda meydanı qolsuz tərk etməyib. "Şamaxı" son 6 görüşdə qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası
XXVII tur
17 mart

17:00. "Qəbələ" - "Şamaxı"
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib, "Səbail" evdə "Turan Tovuz"la 1:1, "Neftçi" isə "Kəpəz"lə 2:2 hesablı heç-heçəyə razılaşıb.


Digər xəbərlər

0.28220295906067