De Byazi İcraiyyə Komitəsinin iclasından danışdı
“Bu gün səhər AFFA-nın ofisində Rövnəq Abdullayevin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin iclasında iştirak etdim. Məqsəd AÇ-2024-ün seçmə mərhələsində Avsriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlub olduğumuz matçları təhlil etmək idi”.
Bunu açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi deyib.
O, bu gün baş tutan İK-nın iclasından danışıb: “Məqsədimiz performansımızı qiymətləndirməyə çalışmaq idi. Yaxın gələcəkdə daha yaxşı milli komanda formalaşdırmaq üçün müzakirələr apardıq, mənfi epizodlar tənqid edildi. Milli komandamızın böyüməsi üçün birlikdə işlər görmək, Millətlər Liqasında və son iki yoldaşlıq oyunundakı çıxışı davam etdirmək barədə danışdıq. Bilirik ki, şübhəsiz işimiz çətin olacaq. Lakin biz birlikdə daha yaxşısını və daha çoxunu edə bilərik və buna çalışmalıyıq”.(qafqazinfo)
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...