Sabah Bakıda 18° isti olacaq
Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22°, bəzi yerlərdə 24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...