Bütün biletlər satıldı
Bakı yarışının 12 tribunasının bütün biletləri alınıb.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bildirilib.
Məlumata görə, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran Prisinə bütün tribuna biletlər satılıb.
Qeyd edək ki, 28-30 aprel tarixlərində baş tutacaq bu yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupunu Bakıda qarşılayacağıq.
BŞH-nın baş direktoru Maqsud Fərzullayev bütün biletlərin satılması ilə bağlı fikirlərini bölüşüb: “2023 FORMULA 1 Azərbaycan Qran Prisinə sayılı günlər qalmış bütün tribunalara olan yerləri satdığımızı elan etməkdən məmnunuq. Bu il biz ötən illərlə müqayisədə rekord sayda azarkeşi qarşılayaraq, bu yarışı daha da yaddaqalan şəkildə keçirməyi hədəfləyirik. Formula 1 yarışının paytaxtımıza qayıtmasına son günlər qalmış əsas məqsədimiz hər kəsə unudulmaz bir təcrübə yaşatmaqdır. Bakı Şəhər Halqası olaraq biz bu yarışa tam hazırıq və yarış həftəsonunda bütün azarkeşləri səbirsizliklə gözləyirik!”
Azarkeşlər üç gün davam edəcək yarışdan sonra Bulvardakı böyük səhnədə DJ Don Diablo və DJ Hardwell konsertlərindən zövq alacaqlar.
28 aprel, cümə günü start götürəcək Formula 1 Azərbaycan Qran Prisi bu il ilk dəfə olaraq Sprint yarışına ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran Prisi bazar günü baş tutacaq.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...