Səttar Möhbalıyev: “Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurması Azərbaycanın suveren hüququdur”
“Biz görürdük ki, Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən
müharibəsindən sonra Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri birtərəfli qaydada
pozaraq şərti sərhəddə mütəmadi olaraq təxribatlara əl atır, Qarabağda yaşayan
ermənilərin içərsində olan separatçılar vəziyyəti gərginləşdirir, erməni diversantlar
ərazilərimizə minalar basdırır. Həmçinin onlar üçün yaradılmış şəraitdən sui-istifadə
edərək Laçın yolundan hərbi məqsədlərlə istifadə edirlər. Vətən müharibəsi başa
çatandan bu yana, görün, bizim nə qədər hərbçimiz və mülki vətəndaşımız həlak olub.
Bir neçə gün öncə Şuşa rayonu ətrafında Ordumuzun daha üç hərbi qulluqçusu mina
basdırılması nəticəsində xəsarət aldı. Bütün bunlar məğlub ölkənin mürtəci niyyətlərdən
əl çəkməyəcəyini göstərirdi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ötən gün Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən
Ermənistanla şərti sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin
qurulması məğlub ölkənin çirkin niyyətlərinin və əməllərinin qarşısını almağa
hesablanıb: ”Azərbaycan dəfələrlə qarşı tərəfə xəbərdarlıq etmişdi, faktları ortaya
qoymuşdu, amma yenə də Ermənistan bilavasitə “sülhməramlı”ların himayəsi altında
bölgəni hərbləşdirir, qanunsuz daşımalar həyata keçirirdi. Bu həm də Qarabağda yaşayan,
separatçılardan xilas olaraq Azərbaycan vətəndaşı olmaq arzusunda olan dinc ermənilərin
həyatı üçün ciddi təhlükə yaradırdı. Bundan başqa, həmin ərazilərə köçürüləcək mülki
insanlarımızın dinc yaşaması böyük təhlükə altında idi. Laçın-Xankəndi yolunun
başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması bu kimi halların qarşısını alacaq”.
AHİK sədri əlavə edib ki, Azərbaycanın sərhəd-keçid məntəqələrində nəzarəti
təmin etməsi onun suveren və ayrılmaz hüququ, kənar və qanunsuz müdaxilələrin
qarşısının alınması, milli təhlükəsizliyin təmin edilməsi və dövlətinin suveren hüququdur.
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...