AAF klassik avtomobillərin sərgisi və yürüşünü təşkil edəcək
Aprelin 28-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula 1 Azərbaycan Qran-Prisi start götürür. Formula 1-in builki yarışması da izləyicilərə maraqlı anlar vəd edir.
Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi – Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi təşkil olunacaq. Formula 1-in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdiriləcək.
Formula 1 günlərinə rəng qatacaq daha bir tədbir aprelin 29-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçiriləcək Bakı Kartinq Turniri olacaq. Turnirdə 10-16 yaş arasında 12 pilot iki mərhələdə - kvalifikasiya və final mərhələlərində bacarıqlarını sınayacaqlar. Finalda qalib gələnlər müxtəlif hədiyyə və sertifikatlar ilə mükafatlandırılacaqlar.
AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-a təsadüf edəcək. Belə ki, Formula 1-in yarış halqasında (trek) böyük maraqla qarşılanan klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək.
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...