“Neftçi” və “Qəbələ” Azərbaycan Kuboku tarixinə düşüblər

11:13 28-04-2023 | icon 657
“Neftçi” və “Qəbələ” Azərbaycan Kuboku tarixinə düşüblər

“Neftçi” və “Qəbələ” finala vəsiqə qazanmaqla Azərbaycan Kuboku tarixinə düşüblər.

Onlar ölkə kubokunun 31 illik tarixində finalda 2 dəfə və ya daha çox qarşılaşan 5-ci cüt olacaqlar.

“Neftçi” ilə “Qəbələ” ikinci dəfə həlledici qarşılaşmada üz-üzə gələcəklər. Komandalar 2013/2014 mövsümündə də finalda rəqib olublar 1:1 hesabı ilə başa çatan 9 il əvvəlki görüşün penaltilər seriyasında bakılılar üstün olublar – 3:2.

Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə görüşən cütün duellərində bakılılar 1995/1996 (3:0), ağdamlılar isə 2014/2015 (3:1) və 2015/2016 (1:0) mövsümlərində qalib gəliblər.

Digər üç cütdə isə eyni komanda hər iki finalda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/1999 (0:0, pen. 5:3) və 2003/2004 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/1998 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/2008 (2:0, əlavə, vaxtda) və 2010/2011 (1:1, pen. 4:2) mövsümlərində üstələyib.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.(report)


Digər xəbərlər

0.26011300086975