Füzuli Mərkəzi Parkı belə olacaq - Fotolar
Məlum olduğu kimi, işğaldan azad olunmuş Füzuli rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə Mərkəzi Park salınır.
Şəhərin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatı nəzərə alınaraq parkın 22,47 hektar ərazidə salınması planlaşdırılır.
Hazırda Fondunun sifarişi və maliyyə dəstəyi ilə şirkətlərdən biri tərəfindən Füzuli Mərkəzi Parkının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilir. Park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.
Eyni zamanda parkda ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun və s. kimi ağac növlərinin, həmçinin müxtəlif dekorativ kolların və çiçəklərin əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının pre-konsepti üzrə görüləcək işlər, ərazidə mövcud vəziyyət barəsində məlumatlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ötən ilin mayında Füzuli rayonuna səfəri çərçivəsində təqdim edilib.
Parkın layihəsində yer alan fotoları təqdim edirik:
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...