Bakıda minifutbol üzrə Beynəlxalq Turnirin açılış mərasimi keçirilib
Azərbaycan Minifutbol Federasiyasnın (AMF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Minifutbol üzrə Beynəlxalq Turnirin açılış mərasimi keçirilib.
Tədbirdə idman federasiyalarının rəhbərləri, Türkiyə, Ukrayna, Çexiya və s. ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ümummilli Liderin idmana diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idman siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, ölkədə keçirilən beynəlxalq idman tədbirlərinin sayının ildən-ilə artdığını qeyd edib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına, idmançılara böyük diqqət və qayğısı beynəlxalq yarışlarda yeni qələbələr qazanmağımıza zəmin yaradır.
Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkədə minifutbolun inkişafı, beynəlxalq turnirin məqsədi barədə fikirlərini bölüşüb, yarışın dostluq mühitində keçəcəyinə və yaddaşlarda qalacağına əminliyini vurğulayıb. O, iştirakçı komandalara uğurlar arzu edib.
Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda Azərbaycanın minifutbol üzrə Avropa çempionluğundan sonra bu idman növünə marağın daha da artdığını, belə mötəbər beynəlxalq turnirlərin bu idman növünün təbliğində əhəmiyyətli olduğunu vurğulayıb: "Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət dəfələrlə beynəlxalq idman təşkilatları və federasiyaları tərəfindən yüksək qiymətləndirilib".
Çıxışlardan sonra açılış mərasimi bədii proqramla davam edib. Yekunda turnirdə mübarizə aparan 10 ölkənin komandaları səhnəyə dəvət olunub.
Qeyd edək ki, turnirin açılış oyununda Azərbaycan və Çexiya yığmaları qarşılaşacaqlar. Yarış mayın 6-da başa çatacaq.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...