Minifutbol turnirinin qalibi FHN komandası oldu - FOTOLAR

02:19 08-05-2023 | icon 513
Minifutbol turnirinin qalibi FHN komandası oldu - FOTOLAR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı, dövlət qurumlarının 50-dən çox komandasının iştirakı ilə keçirilən turnirin finalında Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Dövlət Təhlükəsizlik Xidmətinin komandaları qarşılaşıb.

Əsas vaxtı qolsuz bərabərliklə yekunlaşan matçda qalib oyunsonrası penaltilərlə müəyyənləşib. FHN burda 8:7 hesabıyla qalib gələrək çempion olub.

Xatırladaq ki, noyabrın 18-də başlayan turnirdə 3-cü yeri SOCAR-ın komandası tutub. 

 

Digər xəbərlər

0.24222278594971