“Bizim ənənələrimiz,mənəvi,milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”

10:08 08-05-2023 | icon 491
“Bizim ənənələrimiz,mənəvi,milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”

Başqa xalqlara, mədəniyyətlərə hörmət Ümummilli Lider Heydər Əliyevin milli
ideologiya kimi vahid sistem halına gətirdiyi azərbaycançılığın ana xəttini təşkil edir. Ulu
Öndər xüsusilə müsəlman ölkələri arasında birlik və əməkdaşlığın gücləndirilməsini
zəruri hesab edirdi. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti Yaxın
və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx
bağlıdır. Buna görə də mədəniyyətinin kökündə ümum-şərq faktoru xüsusi yer tutan
Azərbaycanın İslam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana
olan diqqəti təbiidir.
Çıxışlarının birində Heydər Əliyev demişdir: “İslam dini bizim doğma dinimzdir.
Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir… Bizim
ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da
yaşayacaqdır”.
Məlumdur ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdiyi ilk dövrdə ölkədə
dövlət-din münasibətlərində ciddi ziddiyyətlər vardı. Yalnız Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra bu sahədəki uçurumu aradan qaldırmaq mümkün oldu.
Ulu Öndər məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak edirdi.
Eyni zamanda onun Prezident kimi fəaliyyət göstərdiyi dövrdə multikultural və tolerant
dəyərlərə yüksək qiymət verilir, bütün dinlərin, konfessiyaların nümayəndələrinə öz dini
adət-ənənələrini sərbəst olaraq yerinə yetirmək üçün imkan yaradılırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin İslam dünyası ilə
əlaqələri xüsusilə möhkəmlənmiş-dir. 12 dekabr 1994-cü ildə İslam Konfransı
Təşkilatının Mərakeşdə keçirilən VII zirvə görüşündəki nitqində Heydər Əliyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyib: “Bütün məscidlər
dağıdılmış, müsəlman məzarları təhqir olunmuş, Qurani – Kərimin nüsxələri
yandırılmışdır. Ən qədim müsəlman sivilizasiyasının bütün iz-ləri yer üzündən silinir…
“1996- cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin 24-cü
Konfransı və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət
başçılarının 8-ci Zirvə görüşündə siyasi qətnamənin adının dəyişdirilərək daha da
gücləndirilməsi və “Ermənistanın Azərbaycana qarşı təcavüzü haq-qında” başlığı ilə ilk
dəfə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya
ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayıb.
Ulu Öndər daim qeyd edirdi ki, İslam aləminin, müsəlman dövlətlərinin birliyə
böyük ehtiyacı var. Bu fikir indi də olduqca aktualdır. Çünki hazırda İslam dünyasında,
ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranlar yaşanır. Bir sıra müsəlman
dövlətlərində müharibələr, terror aktları, digər hərbi toqquşmalar baş verir. Bunun
nəticəsində onların bir qisminin iqtisadiyyatı zəifləyib. Qərb ölkələrində isə bu
vəziyyətdən istifadə edərək məqsədyönlü şəkildə İslamı terrorla əlaqələndirməyə cəhd
göstərirlər. Belə bir şəraitdə Azərbaycan yenə də İslam sivilizasiyasının və
mədəniyyətinin qorunmasına öz töhfəsini verir. Bunu ölkəmizin İqtisadi Əməkdaşlıq
Təşkilatında fəal iştirakı da təsdiqləyir. Avrasiya regionun üç böyük müsəlman ölkəsi –
Türkiyə, İran və Pakistan arasında regional iqtisadi əməkdaşlıq təşkilatı kimi yaranıb.
1992-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və
Tacikstan da təşkilata daxil olub.
Azərbaycan 2006-cı və 2012-ci illərdə İƏT-in iki sammitinə evsahibliyi edib. Cari
ilin mart ayının 1-də Pakistanın paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq
Təşkilatının XIII Sammitində 2012-ci ildən sonra görülən işlər yüksək qiymətləndirilib və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür elan olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam
Həmrəyliyi ili” elan olunması ölkəmizin sülhsevər və humanist siyasətinin təzahürüdür.

Bu, həm də İslam dünyasına olan həssas münasibətin göstəricisidir. Bu təşəbbüs
müsəlman ölkələri arasında əməkdaşlıq əla-qələrinin daha da güclənməsinə öz
töhfəsini verəcək, İslam dünyasında sülhün və əmin-amanlığın bərqərar olmasında
mühüm rol oynayacaq. Prezident İlham Əliyev İƏT-in XIII Sammitində bununla bağlı
deyib: “Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi fikir verir.
Azərbaycan 2017-ci ili “İslam həmrəyliyi ili” elan etmişdir. İki aydan sonra Bakı IV İslam
Həmrəyliyi Oyunlarına evsahibliyi edəcəkdir. Bu gün islamafobiya dünyada ən ciddi
təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqə-
ləndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz
müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın
dəyərlərinin təşviqini davam etdirməliyik”.
Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə böyük qiymət verən
Ulu Öndər Heydər Əliyev kimi, Prezident İlham Əliyev də azərbaycançılıq məfkurəsinin
təməlində milli birlik, dünyəviçilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi
vəhdət, islami həmrəylik görür. Möhtərəm Prezidentin İslam həmrəyliyi istiqamətində
apardığı böyük işlər bu gün dünya səviyyəsində nümunə kimi dəyərləndirilir. Bu
baxımdan çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının
Azərbaycanda keçirilməsi müstəqil ölkəmizin müsəlman dünyasındakı nüfuzundan
xəbər verir.
Beləliklə də, ölkəmiz İslam dünyasına qarşı aparılan çirkin kampaniyaya bütün
müsəlman ölkələri ilə sıx birlik və həmrəyliyini nümayiş etdirməklə cavab verir.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.27984595298767