Saatlı rayonunda 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm dövrlərini əks etdirən foto-şəkillərdən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı konfrans iştirakçılarına 15 İyun-Milli Qurtuluş Gününün böyük tarixi əhəmiyyətindən bəhs edərək, qurtuluşdan sonrakı dövrdə ölkə həyatının bütün sahələrində tərəqqi və dirçəliş baş verdiyini, Heydər Əliyevin dühasının Azərbaycanı məhv olmaqdan xilas etdiyini, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdiyini qeyd etmişdir. Daha sonra konfransda Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı, şəhid anası Vüsalə Tağıyeva, Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov və Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva çıxış etdilər.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...