“Həyatda səhvlərim olub, amma onlardan qorxmamışam” - Nazir
Gənclər və idman naziri Fərid Qayıbov “Təhsil TV”də yayımlanan “İmtahan” verilişinin qonağı olub. Nazir şagirdlərin ona ünvanladığı suallara cavab verib.
F.Qayıbov “Həyat hansı idman növünə bənzəyir?” sualını cavablandırıb: “Həyat futbola bənzəyir. Çünki bu idman növünün içində hər şey var – dram, sevgi... Ona görə də həyatı ona bənzətmək olar. Özüm də futbol azarkeşiyəm. Bizdə bu idman növü zəifdir. Klub səviyyəsində uğurumuz olsa da, milli komanda səviyyəsində belə deyil. Bunun bir çox səbəbi var və bu səbəblərin aradan qaldırılması üçün işlər görülməlidir”.
Nazir səhvlərini etiraf edib: “Həyatda səhvlərim olub, amma onlardan heç zaman qorxmamışam. Şagirdlərə də səhv etməkdən qorxmamalı olduqlarını demək istəyirəm”.
F.Qayıbov “Övladlarınızın təhsilindən tam razısınız?” sualını da cavabsız qoymayıb: “Övladlarımın təhsilindən tam razı deyiləm. Valideynlərin əksəriyyəti övladlarının təhsilindən tam razı olmur. Övladlarım bəzən idmançı olmaq istəyirlər, bəzən başqa peşəni seçmək istəyirlər. Amma mən istəyərdim ki, seçimi onlar özləri etsin”.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...