Bu gün Milan derbisi var

11:35 16-05-2023 | icon 890
Bu gün Milan derbisi var

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçiriləcək.

Turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olacaq.

Birinci oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Cüzeppe Meatsa” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
16 may

23:00. “İnter” (İtaliya) – “Milan” (İtaliya)
Baş hakim: Kleman Türpen (Fransa).
Milan, “Cüzeppe Meatsa” stadionu.
İlk oyun – 2:0.


Digər xəbərlər

0.2501049041748