Ərdoğan sabah yeni nazirlərlə görüşəcək

19:14 05-06-2023 | icon 876
Ərdoğan sabah yeni nazirlərlə görüşəcək

Türkiyədə yeni Nazirlər Kabinetində yer alan nazirlər bu gün təhvil-təslim mərasimlərini başa çatdıracaqlar.

Iyunun 4-ü 8 nazirin təhvil-təslim mərasimi baş tutub. Bu gün isə 7 nazir öz postunu təhvil verəcək.  

 
 
 

Sabah isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nazirlərlə görüş keçirəcək. Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclasında terrorla mübarizə və iqtisadi məsələlər kimi bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Türkiyədə Yılmaz Tunç ədliyyə, Mahinur Özdemir Göktaş ailə və sosial xidmətlər, Vedat İşıkhan əmək və sosial müdafiə, Mehmet Özhaseki şəhərləşmə və iqlim dəyişikliyi, Hakan Fidan xarici işlər, Alparslan Bayraktar energetika və təbii sərvətlər, Osman Aşkın Bak gənclik və idman, Mehmet Şimşək xəzinə və maliyyə, Ali Yerlikaya daxili işlər, Mehmet Nuri Ersoy mədəniyyət və turizm, Yusuf Tekin milli təhsil, Yaşar Güler milli müdafiə, Fəxrəddin Qoca səhiyyə, Mehmet Fatih Kacır sənaye və texnologiya, İbrahim Yumaklı kənd təsərrüfatı və meşə, Ömər Bolat ticarət, Abdulkadir Uraloğlu nəqliyyat və infrastruktur naziri vəzifələrinə təyin olunublar. Yeni hökumətdə vitse-prezident vəzifəsini isə Cevdet Yılmaz tutub.

 

 

Digər xəbərlər

0.2809009552002