Şəhidlik zirvəsinə gedən yol

20:29 05-06-2023 | icon 1070
Şəhidlik zirvəsinə gedən yol

Vətən uğununda ölən varsa, vətəndir.

Məhəmməd Əmin Rəsulzadə

Bu yol hər birimizin qanı bahasına başa gələn enişli-yoxuşlu, boranlı-qarlı, odlu-alovlu, qanlı-qadalı, ölümlü-itimli yol. 2022-ci ilin payızı Azərbaycan tarixinə qanlı-qadalı illər kimi həkk olundu. Azğınlaşmış düşmən havadarlarının köməyi ilə yaşayış yerlərinə dinc sakinlərə hucum edir, təxribatlar törətməkdə davam edirlər. 10 sentyabrdan başlanan təxribatlar daha da genişlənirdi. Azərbaycan Silahlı Qüvvələrinin neçə əsgəri törədilmiş təxribatların qurbanı oldular.

 12.01.2022-ci ildə hərbi xidmətə cağırılan Cəlilabadda, eləcə də Laçında təlimlərdə xüsusi fərqlənən artıq 8 ayı keçmiş Fərid Quliyev Kəlbəcər istiqamətinə göndərilir. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində düşmənlə üz-üzə dayanan kəşfiyyatçı Fərid artıq düşmənin cəmləşdiyi yerləri, pusquları aşkarlayıb rəhbərliyə məlumat verirdi. Bir də əmr gəlir ki, yağıların işğal etdikləri yüksəklik alınmalıdır. Hücum uğurla başa çatsa da itkilər də az olmur. Strateyi yüksəkliyin alınmasında Fəridin xüsusi xidməti olur. Məkrli düşmən artıq Fəridin ximətindən məlumatlı idi. Hər an onu izləyib, əsir götürmək istəyirdilər. Amma buna nail ola bilmirdilər.

Fərid arabir valideynləriylə əlaqə saxlayırdı.13-15-də məzuniyyətə gələcəyini də söyləyirdi. Valideynləri onun kəşfiyyatçı, nə də Kəlbəcərdə məkrli düşmənlə üz-üzə dayandığından xəbərsiz idilər.

12-13 sentyabr 2022-ci il

Şiddətli döyüşlər

 

 12 sentyabrda atışmalar daha da şiddətlənmişdir. Əzəli düşmənlərimiz hər an iriçaplı silahladan istifadə edərək yüksəkliyi yenidən ələ keçirmək istəyirdilər. Axşamdan yağan yağış da xüsusi əməliyyatların keçirilməsinə çətinlik yaradırdı. Yüksək təlimlərdən keçmiş Fərid 59 gün idi ki, ön cəbhədə Kəlbəcərdə düşmənlə üz-üzə döyüşərək təxribatların qarşısının alınmasında iştirak edərək yağı düşmənə qan uddururdu. Ata-anası, bir tək bacısı Fəridin məzuniyyətə gəlməsini səbirsizliklə gözləyirdilər. Hiyləgər düşmən sanki məzuniyyətin qarşısını kəsmişdir. Amma...

 12-dən 13-nə keçən gecə Fəridin son döyüşü oldu. Minamyotlardan açılan atəş nəticəsində yaxınlığa düşən qəlpə onun sağ qolunun alt hissəsindən keçərək onun həyatına son qoydu.

Onun ölüm xəbəri  doğulduğu Lökbatan qəsəbəsinə ildırım kimi yayıldı. 13 sentyabrda məzuniyyətə gəlməsini gözləyən Jalə ana, tək bacısı olan Narıngül, eləcə də bütün Lokbatan sakinləri evin tək oğlu Fəridin nəşini bükülmüş üç rəngli bayraqda qarşılamalı oldular. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Müdüfiə Nazirliyinin rəsmləri, Lokbatan Qəsəbə İcra nümayəndəsi dəfn mərasiminə qatıldılar. Şəhid Fərid Quliyev Lokbatan qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olundu.

 Azərbaycan Respulikası Prezidentinin 2022-ci il 5 noyabr tarixli 3573 nömrəli Sərəncamı ilə Quliyev Fərid Vahid oğlu (ölümündən sonra) “Vətən uğurunda” medalı, digər Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. (ölümündən sonra)

 Əlaqədar qurumlar şəhid Fərid Quliyevin xidmətlərini nəzərə alaraq yaşadığı küçəyə onun adını veriblər. Fəridin dostları, qonum-qonşuları yığılıb hərəsi bir işin qulpundan tutub, onun xatirəsinə həmin küçədə su çəkib bulaq kompleksi yaradıblar.

 

 

 Atası Vahid kişi, anası Jalə xanım evin 2-ci mərtəbəsində onun bütün əşyalarını, sənədlərini, medallarını yığaraq bir muzeyə, sanki ziyarətgaha çeviriblər. Vətən uğurunda, torpaq uğurunda şəhid olan Fərid Quliyevin xatirəsi hər anılacaq və unudulmayacaq.

 

Zahid Hüseynli

 Bakı Dövlət Universitetinin əməkdaşı


Digər xəbərlər

0.2994589805603