AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edir

14:48 08-06-2023 | icon 690
AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edir

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin
hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək
Konfransının 111-ci sessiyası keçirilir.

Sessiyada postpandemiya dövründə mühüm qlobal sosial məsələlər müzakirə
edilir.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-
prezidenti Səttar Möhbalıyev və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd
Musayev iştirak edir.

İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair
müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.


Digər xəbərlər

0.27913880348206